Alüminiumun qiyməti 2008-ci ildən ilk dəfə 3 min dolları ötüb

Alüminiumun qiyməti 2008-ci ildən ilk dəfə 3 min dolları ötüb
# 11 oktyabr 2021 13:02 (UTC +04:00)

London Metal Birjasında (LME) 1 ton alüminiumun qiyməti 22 iyul 2008-ci il tarixindən bəri ilk dəfə 3 min ABŞ dollarını keçib. Alüminium ardıcıl 9 aydır bahalaşır.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:36-da üç ay sonra çatdırılma şərti ilə alüminium fyuçerslərinin qiyməti 3 017 dollara (+1,75%) çatıb.

Xatırladaq ki, cari ilin sentyabr ayında Qvineyadakı siyasi vəziyyət fonunda alüminium tədricən bahalaşmağa başlayıb. Belə ki, Qvineya alüminium istehsalı üçün lazım olan boksitin əsas təchizatçısıdır və Çinin alüminium idxalının yarıdan çoxu Qvineyanın payın düşür. Sentyabrın 5-də Qvineyada baş vermiş hərbi çevriliş nəticəsi olaraq ölkənin sərhədlər bağlanmışdı və prezident Alfa Kondenin həbs olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR