"Brent" neftinin qiyməti 79 dolları ötüb

"Brent" neftinin qiyməti 79 dolları ötüb
# 27 sentyabr 2021 09:24 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 79,07 dollar təşkil edib. Bununla da, "Brent" markalı neft 2018-ci ilin qiymətini ötüb.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,32% artaraq 74,96 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR