"Brent" neftinin ucuzlaşması sürətlənib - YENİLƏNİB

"Brent" neftinin ucuzlaşması sürətlənib - YENİLƏNİB
# 19 iyul 2021 17:42 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 3,57% azalaraq 1 barelə görə 70,96 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, sonuncu dəfə "Brent"in qiyməti 71 dollardan aşağı 10 iyun 2021-ci il tarixində qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,9% azalaraq 68,76 dollar təşkil edib.

***

13:37

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 2,68% azalaraq 1 barelə görə 71,62 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, sonuncu dəfə "Brent" in qiyməti 72 dollardan aşağı 11 iyun 2021-ci il tarixində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR