Dünya bazarlarında neftin ucuzlaşması davam edir

Dünya bazarlarında neftin ucuzlaşması davam edir
# 21 avqust 2021 09:45 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,91% azalaraq 1 barelə görə 65,18 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,15% azalaraq 62,32 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR