Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 22 iyul 2021 09:07 (UTC +04:00)

İyulun 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,83% – 34,798.00 bəndədək, S&P 500 indeksi 0,82% – 4,358.69 bəndədək, Nasdaq indeksi isə 0,92% – 14,631.95 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 21-də FTSE 100 indeksi 1,70% – 6,998.28 bəndədək, Fransanın CAC-40 indeksi 1,85% – 6,464.48 bəndədək, Almaniyanın DAX indeksi isə 1,36% – 15,422.50 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% azalaraq 1 801,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1,1798 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR