Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 25 avqust 2021 09:10 (UTC +04:00)

Avqustun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,09% – 35,366.26 bəndədək, S&P 500 indeksi 0,15% – 4,486.23 bəndədək, Nasdaq indeksi isə 0,52% – 15,019.80 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 24-də FTSE 100 indeksi 0,24% – 7,125.78 bəndədək, Almaniyanın DAX indeksi 0,33% – 15,905.85 bəndədək yüksəlib, Fransanın CAC-40 indeksi isə 0,28% – 6,664.31 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,69% azalaraq 1 795 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,15% azalaraq 1,1739 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR