Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 20 noyabr 2021 10:12 (UTC +04:00)

Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,75% – 35,601.98 bəndədək, S&P 500 indeksi 0,14% – 4,697.96 bəndədək enib, Nasdaq indeksi isə 0,40% – 16,057.44 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 19-da FTSE 100 indeksi 0,45% – 7,223.57 bəndədək, Almaniyanın DAX indeksi 0,38% – 16,159.97 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,42% – 7,112.29 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,71% azalaraq 1,129 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR