Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 26 noyabr 2021 09:03 (UTC +04:00)

Noyabrın 25-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,33% – 7 310,37 bəndədək, Almaniyanın DAX indeksi 0,25% – 15 917,98 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,48% – 7 075,87 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% artaraq 1,1222 dollar təşkil edib.

Qeyd edək ki, noyabrın 25-də Şükran bayramı ilə əlaqədar Amerika fond bazarı fəaliyyət göstərməyib. Əvvəlki günün göstəricilərinə əsasən, Dow Jones indeksi 35 804,38 bənd, S&P 500 indeksi 4 701,46 bənd, Nasdaq indeksi isə 15 845,23 bənd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR