Dünyada alüminiumun qiyməti onillik maksimuma çatıb

Dünyada alüminiumun qiyməti onillik maksimuma çatıb
# 06 sentyabr 2021 17:20 (UTC +04:00)

Qvineyadakı siyasi vəziyyət fonunda bu gün alüminiumun qiyməti son 10 ilin ən yüksək həddinə çatıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 16:17-də London Metal Birjasında üç aya çatdırılma şərti ilə bir ton alüminiumun qiyməti 0,91% artaraq 2 756 ABŞ dolları təşkil edib. Bu, 2011-ci ilin may ayından bəri qeydə alınan ən yüksək qiymətdir. Ümumilikdə, alüminium ardıcıl səkkizinci aydır bahalaşır və bu müddət ərzində sənaye metalının maya dəyəri 34,53% artıb.

Qeyd edək ki, Qvineya alüminium istehsalı üçün lazım olan boksitin əsas təchizatçısıdır və Çinin alüminium idxalının yarıdan çoxu Qvineyanın payın düşür.

Azərbaycan öz növbəsində, cari ilin yanvar-iyul aylarında 72,815 mln. dollar dəyərində 30 558,64 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. İxrac edilən alüminiumun dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42%, həcmi isə 5,7% artıb.

Xatırladaq ki, sentyabrın 5-də Qvineyada hərbi çevriliş olub, qiyamçıların lideri polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, Konstitusiyanın qüvvəsini dayandırdığını və ölkənin sərhədlərinin bağlanıldığını elan etmişdi. Bundan əlavə, prezident Alfa Kondenin həbs olunduğunu da bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR