Neftin qiyməti azalıb

Neftin qiyməti azalıb
# 20 sentyabr 2021 09:25 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,7% azalaraq 1 barelə görə 74,81 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,84% azalaraq 71,22 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR