Neftin qiyməti azalıb

Neftin qiyməti azalıb
# 27 oktyabr 2021 09:19 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,55% azalaraq 1 barelə görə 85,18 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,77% azalaraq 84 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR