Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 28 oktyabr 2021 09:29 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 82,39 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,61% azalaraq 81,33 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR