Rusiyanın "Urals" neftinin qiyməti son iki ildə ilk dəfə 70 dolları keçib

Rusiyanın "Urals" neftinin qiyməti son iki ildə ilk dəfə 70 dolları keçib
# 15 iyun 2021 15:50 (UTC +04:00)

Avropada Rusiyanın "Urals" markalı xam neftinin bir barelinin qiyməti 2019-cu ilin may ayından bəri ilk dəfə 70 ABŞ dollarını keçib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Argus" beynəlxalq agentliyi xəbər verir.

Belə ki, 11 iyun tarixində "Urals"ın qiyməti Avropanın şimal-qərbində 70,1 dollara çatıb, 14 iyunda isə Aralıq dənizi bölgəsində bu göstəricini keçib. Bundan əvvəl "Urals" nefti Avropanın Şimal-Qərb və Aralıq dənizi bölgələrində 70 dollardan yuxarı müvafiq 2019-cu ili mayın 28-də və həmin ilin mayın 22-də ticarət olunub.

Qeyd edək ki, 11 iyun tarixində "Brent" neftinin qiyməti 2019-cu ilin mayın 20-dən bəri ilk dəfə 73 dolları keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR