"S&P 500" indeksi gələn ilin sonunadək 5 100 bəndədək yüksələcək - BNP Paribas

"S&P 500" indeksi gələn ilin sonunadək 5 100 bəndədək yüksələcək - BNP Paribas
# 01 dekabr 2021 13:37 (UTC +04:00)

Fransanın "BNP Paribas" bankının analitikləri 2022-ci ilin sonunadək "Standard & Poor's 500" Amerika fond indeksinin 5 100 bəndədək yüksələcəyini proqnozlaşdırır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən gün sözügedən indeks 4 567 bənd təşkil edib. Buna əsaslanaraq, proqnoz hazırkı göstəricinin 11,6% artacağını vəd edir.

COVID-19-un yeni ştammının ortaya çıxması ilə bağlı narahatlıqlara baxmayaraq, "BNP Paribas"ın mütəxəssisləri korporativ mənfəətdə "Wall Street" analitiklərinin orta hesabla təxmin etdiyindən daha sürətli artım gözləyirlər.

"MarketWatch"in məlumatına görə, bank gələn il şirkətlər üçün vergilərin artırılmasını gözləmir. Digər biznes riskləri, o cümlədən tədarükün kəsilməsi, yüksək neft qiymətləri və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksəltməsi analitiklər tərəfindən bazar üçün "həzm oluna bilən" hesab olunur.

Xatırladaq ki, "S&P 500" fond indeksinin səbətinə ABŞ fond birjalarında satılan 500 seçilmiş ən böyük kapitallı ictimai şirkətin 505 səhmi daxildir. Siyahı "Standard & Poor's"a məxsusdur və onlar tərəfindən tərtib olunur. İndeks 1957-ci il martın 4-dən dərc olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR