ANAMA işğaldan azad olunmuş ərazilərin sakinlərinə müraciət edib

ANAMA işğaldan azad olunmuş ərazilərin sakinlərinə müraciət edib
# 30 noyabr 2020 15:00 (UTC +04:00)

“Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb. Bu rayonların ərazilərinin girişlərinə polis postları təyin olunub. Xüsusi buraxılış olan şəxslərin və nəqliyyat vasitələrinin təmizlənmiş və işarələnmiş xüsusi yollarla hərəkətlərinə icazə verilir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q. Əhmədov bildirib ki, torpaqların işğaldan azad olunması sevinci ilə öz dədə-baba torpaqlarına getmək, öz yurdlarına baş çəkmək istəyənləri anlayışla qarşılayırlar: “Lakin bu ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları çirkləndiyini nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək bu ərazilərə daxil olmamaları, bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələri xahiş olunur.

Bildirmək istəyirik ki, polis postlarından yayınaraq, ara yollardan istifadə etməklə bu ərazilərə daxil olmaqla, mina, və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmaq riski çox yüksəkdir. Baş verə biləcək partlayış nəticəsində yaralı vətəndaşın həmin ərazidən çıxarılması üçün Agentliyin minaaxtaranlarının səfərbər olmaları bir an öncə yardımın göstərilməsi üçün edilən emosional vərdişlər təhlükəli və riskli minaaxtarma və zərərsizləşdirmə fəaliyyətlərini daha da qəlizləşdirir. Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan şübhəli və təhlükəli ərazilərə daxil olmamalarını, tələb olunan qaydalara ciddi şəkildə riayət etmələrini, özlərinin və vətəndaşlarımızın təhlükəsiz mühitdə yaşamaları üçün fəaliyyət göstərən insanların həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymamalarını bu ərazilərə yaxın yaşayan vətəndaşların həssaslıq və diqqət göstərmələrini artıq dərəcədə xahiş edirik.

Bu ərazilərdə icra olunacaq genişmiqyaslı mina təmizləmə fəaliyyətləri çərçivəsində ilk növbədə hərəkət marşrutlarının, yolların təmizlənməsi nəticəsində yaxın gələcəkdə vətəndaşlarımızın öz yurdlarına baş çəkmələri üçün şərait yaradılacaq”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR