Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib
# 14 yanvar 2021 12:41 (UTC +04:00)

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

APA-nın yerli bürosunun məlumata görə, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseyn Əliyevin nəşi Tovuz rayonuna aparılıb. Vida mərasimindən sonra şəhid doğulduğu Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR