Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - VİDEO

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - VİDEO
# 25 noyabr 2020 01:01 (UTC +04:00)

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR