Baş prokuror: “Ekspertiza nəticəsində Azərbaycana raketlərin haradan atıldığı müəyyənləşib”

Baş prokuror: “Ekspertiza nəticəsində Azərbaycana raketlərin haradan atıldığı müəyyənləşib”
# 30 oktyabr 2020 15:08 (UTC +04:00)

“Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri cəbhə xətlərindən uzaqda yerləşən şəhərlərdə hər hansı hərbi obyekt yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, raket zərbələri endirilən şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir: “Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını dağıtmağa cəhd olub, raketlər elektrik stansiyasının qarşısına düşüb”.

K. Əliyev qeyd edib ki, 7 halda “SCUD” (Elbrus) tipli raketlərdən istifadə edilib : “11 və 17 oktyabr tarixlərində Gəncəyə, o cümlədən Kürdəmir, Qəbələyə bu raketlərdən atılıb. Azərbaycana qarşı “S-300” raketlərindən də istifadə olunub. Bəzi hallarda “Smerç”, “Toçka-U“ raketlərindən də istifadə edilib. Təəssüf ki, bu raket qurğularında əsasən kaset tipli raketlərdən istifadə edilir. “Human Rights Watch və “Amnesty İnternational” da bunu təsdiqləyib”.

Baş Prokuror nəzərə çatdırıb ki, əldə olunmuş məlumatlara görə, “SCUD” və “S-300” raketləri Ermənistanın Vardenis rayonu ərazisindən atılıb: “Smerç” tipli raketlər isə bəzi hallarda işğal altındakı Kəlbəcər, Xankəndi və digər işğal altındakı ərazilərdə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi bazalarından atılıb. 350 şahid, 1700-dən çox zərərçəkmiş şəxs tanınıb. Ballistik ekspertizaların rəyi ilə həmin raketlərin hansı istiqamətdən, nöqtədən atıldığı müəyyənləşdirilib”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR