Ermənilər Goranboya "Smerç" raketi atıb - FOTO

Ermənilər Goranboya "Smerç" raketi atıb - FOTO
# 05 noyabr 2020 15:53 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır. Ermənilərin Goranboy rayonunun Meşəli kəndinə atdığı "Smerç" raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Bəhruz Namazov APA-ya bildirib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda həmin bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR