Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalanları təxribat qrupu şəklində fəaliyyətə başlayıb

Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalanları təxribat qrupu şəklində fəaliyyətə başlayıb
# 05 oktyabr 2020 13:31 (UTC +04:00)

Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını bildiriblər.

Oktyabrın 4-də günün sonuna kimi İrəvanda toplaşan çoxlu sayda canlı qüvvənin gecə saatlarında Dağlıq Qarabağa göndərilməsi planlaşdırılıb.

Xankəndindəki artilleriya və zenit-raket qurğuları şəhərdən müxtəlif istiqamətlərdə çıxarılaraq yeri dəyişdirilir.

Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağda partizan döyüşlərinə göndərilməsinə qərar verilib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR