FHN: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evlərin dağıntıları altından 17 yaralı və 5 meyit çıxarılıb

FHN: Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evlərin dağıntıları altından 17 yaralı və 5 meyit çıxarılıb
# 11 oktyabr 2020 07:10 (UTC +04:00)

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin meyiti çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR