Hikmət Hacıyev: “Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”

Hikmət Hacıyev: “Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”
# 08 oktyabr 2020 11:50 (UTC +04:00)

"Ermənistanın "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

H. Hacıyev qeyd edib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib.

“Ermənistanı dayandırmaq üçün sülhə vadar etmə missiyası davam etdirilməlidir”, -deyə Prezidentin köməkçisi vurğulayıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR