Jurnalistlər Azıx mağarasında olub

Jurnalistlər Azıx mağarasında olub
# 28 aprel 2021 18:49 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olublar, Azıx mağarasını ziyarət ediblər.

APA-nın Xocavəndə ezam olunan müxbirinin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyinin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur: "Burada aşkar olunmuş ibtidai insanın - qadının alt çən sümüyü də bunu sübut edir. Mağarada Paliolit, Enolit və Tunc dövrlərinə aid tarix nümunələri arxeloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub".

Onun sözlərinə görə, Xocavənd rayonu işğal olunandan sonra ermənilər tərəfindən mağarada qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb: "Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur".

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR