Kamran Əliyev: “Araik Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”

Kamran Əliyev: “Araik Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”
# 05 oktyabr 2020 16:31 (UTC +04:00)

“Biz hüquq normalarının bütün vasitələrindən istifadə edərək Araik Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanın şəhər və rayonlarını atəşə tutan Ermənistanın məqsədi münaqişəyə üçüncü ölkəni cəlb etməkdir: “İkincisi, məqsəd özlərinin, Qarabağın kriminal silahlı birləşmələrinin cəbhədə uğursuzluqlarına don geyindirmək və Ermənistan cəmiyyətinin diqqətini bundan yayındırmaqdır. Onlar Azərbaycanın mülki əhalisinə hücum edərək özlərini cəmiyyətdə qəhrəman kimi qələmə vermək istəyirlər. Azərbaycanın dinc əhalisini qorxutmaq istəyirlər. Düşünürlər ki, bu zaman mülki əhali öz yaşayış yerlərini tərk edəcək. Sizi əmin edirəm ki, bunlar alınmayacaq”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR