Komissiya: 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətə uyğun deyil

Komissiya: 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətə uyğun deyil
# 18 oktyabr 2020 16:26 (UTC +04:00)

"Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil".

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiirilib. 

Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir. 

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR