MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
# 09 noyabr 2020 08:36 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR