Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”

Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”
# 30 oktyabr 2020 23:47 (UTC +04:00)

Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır", - deyə məlumatda vurğulanıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR