Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

#
# 09:59
18 oktyabr 2020

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR