Prezidentin köməkçisi: “Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının işğal olunmuş əraziləri tərk etməsi ilə başlana bilər”

Prezidentin köməkçisi: “Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının işğal olunmuş əraziləri tərk etməsi ilə başlana bilər”
# 14 oktyabr 2020 16:59 (UTC +04:00)

“Azərbaycan öz ərazilərini işğaldan azad edir”.

APA-nın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, münaqişənin həlli prinsipləri müəyyən edilib: “Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR