Prezidentin köməkçisi: “Son günlər Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”

#
# 13:46
4 oktyabr 2020

“Ermənistanın siyasi-rəhbərliyinin Azərbaycana qarşı müharibə cinayətləri davam etməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var: “Bu, düşünülmüş hərbi strategiyadır, mülki obyektlər hədəf alınır. Son günlər Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR