Qarabağ qazisinin doğulduğu Yevlax rayonuna qayıdışı coşqu ilə qarşılanıb - VİDEO

Qarabağ qazisinin doğulduğu Yevlax rayonuna qayıdışı coşqu ilə qarşılanıb - VİDEO
# 20 noyabr 2020 23:31 (UTC +04:00)

Yevlax rayonunun Havarlı kəndinin sakinləri Vətən Müharibəsi iştirakçısını böyük coşqu ilə qarşılayıblar.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə minatan atəşi nəticəsində yaralanan Qarabağ qazisi, cəsur döyüşçü Cavid Əfqan oğlu Mustafayev böyüyüb boya-başa çatdığı Havarlı kəndinə qayıdıb. Əsgərimizin qayıdışı alqışlarla qarşılanıb.

Suqovuşan istiqamətində ayağından ağır yaralanan döyüşçünün müalicəsinin ardınca doğmalarının, dostlarının arasına yenidən dönməsi hər kəsdə qürurverici anlar yaşadıb.

Qeyd edək ki, Cavid Mustafayevin atası da birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR