Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Rusiya sülhməramlıları Xankəndiyə daxil olub
# 12 noyabr 2020 22:46 (UTC +04:00)

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndiyə daxil olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu RF Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

“Bu gün, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov belə deyib.

O qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib. Onlardan dördü “Cənub” məsul zonasındadır.

“Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini – Lısoqorski sovxozunu (Turşsu - Red.) nəzarətə götürərək, orada altı müvəqqəti müşahidə postu yaradıb”, - deyə İ.Konaşenkov əlavə edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR