Türkiyənin müdafiə naziri: “Azərbaycanlı qardaşlarımıza haqlı mübarizələrində dəstək verməyə davam edəcəyik”

Türkiyənin müdafiə naziri: “Azərbaycanlı qardaşlarımıza haqlı mübarizələrində dəstək verməyə davam edəcəyik”
# 11 noyabr 2020 11:07 (UTC +04:00)

“Azərbaycan Türkü qardaşlarımıza haqlı mübarizələrində dəstək verməyə davam edəcəyik, hər zaman onlarla birlikdə və bərabər olacağıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.

“Hamımız gözü yaşlı azərbaycanlı qardaşlarımızın uğurlarını öz uğurlarımız kimi qəbul edib qeyd etdik. Bu da bizim qardaşlığımızın, tək millət olmağımızın açıq-aydın göstəricisidir. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”, - deyə nazir vurğulayıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR