Vaqif Dərgahlı: “Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”

Vaqif Dərgahlı: “Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”
# 03 oktyabr 2020 19:05 (UTC +04:00)

“Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur".

V. Dərgahlı deyib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR