XİN: Razılığımız olmadan işğal edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyilik

XİN: Razılığımız olmadan işğal edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyilik
# 05 oktyabr 2020 13:18 (UTC +04:00)

“Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətləri həyata keçirdiklərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyırlar”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Öz ərazilərində Ermənistanın Azərbaycana, Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətləri təşviq edən dövlətlər, daha doğrusu, bu insanların fəaliyyəti üçün şərait yaradan dövlətlər də əslində məsuliyyət daşıyırlar. Həmin dövlətlər beynəlxalq konvensiyalara əsasən bu insanların fəaliyyətinin qarşısını almalıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

L. Abdullayeva Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə Azərbaycan tərəfinin cavabdeh olmadığını bir daha bəyan edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR