“Son vaxtlar qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz də ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq”, - deyə Ərdoğan vurğulayıb.