® Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədi GÜLƏR ƏHMƏDOVA seçicilərlə izdihamlı görüş keçirib - FOTOSESSİYA

<font color=red>® </font> Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədi <font color=red>GÜLƏR ƏHMƏDOVA</font> seçicilərlə izdihamlı görüş keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 27 oktyabr 2010 10:53 (UTC +04:00)
Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, yüzlərlə seçicinin iştirak etdiyi görüşü Gülər Əhmədovanın vəkili, Dünya Azərbaycanlıları İctimai Mərkəzinin İdarə Heyətinin sədri Zaur Mirzə-zadə açdı.

G. Əhmədovanın geniş təqdimata ehtiyacının olmadığını bildirən Z. Mirzə-zadə qeyd edib ki, namizəd artıq 10 ildir ciddi siyasətlə məşğul olan millət vəkillərindəndir: "Gülər xanım 1996-cı ildən Respublika Uşaq Təşkilatının sədridir. Onun uşaqlara göstərdiyi qayğı və diqqət hamımızın gözü önündədir. 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olan Gülər xanımın fəaliyyəti hər birinizin xatirindədir. Gülər xanım 2005-ci ildən bugünədək Yasamal rayonunu parlamentdə təmsil edir. Təbii ki, onun çoxşaxəli fəaliyyəti barədə çox geniş danışmaq mümkündür. Amma mən seçicilərin bu barədə öz fikirlərini bildirmələrinə üstünlük vermək istərdim".

A. Hüseynzadə qeyd edib ki, Xətai rayonu Bakının ən böyük rayonu olduğu üçün bu rayonun ərazisində 4 seçki dairəsi yerləşir: "Xətai rayonu hər dəfə 4 deputat seçir. Mən bu rayonda uzun illərdir fəaliyyət göstərirəm. Hər dəfə də deputat seçilən kişilər olub. İlk dəfədir ki, bizə qadın millət vəkili seçmək şansı nəsib olub. Mən bütün seçiciləri bu şansı əldən buraxmamağa çağırıram. Çünki biz qadın və uşaqların problemlərini rayon səviyyəsində nə qədər həll etməyə çalışsaq da, qadın deputatın bizə dəstəyi çox lazımdır. Əminəm ki, Gülər xanımı deputat seçdikdən sonra rayonumuzda qadın və uşaqlarla bağlı məsələdə də daha böyük inkişafa nail ola biləcəyik. Hamınızı öz hüququndan istifadə edərək seçkidə iştirak etməyə və Gülər xanıma səs verməyə çağırıram".

G. Əhmədova qeyd edib ki, millət vəkilinin bir işi millətə vəkillik etmək, digər işi isə öz millətini beynəlxalq aləmdə təmsil etməkdir: "Bu gün Azərbaycanda hamının özünə görə dərdi var. Amma hamımızın ümumi bir Qarabağ dərdi var. Mən 10 il ərzində Qarabağla bağlı kifayət qədər deyil, gücüm yetən qədər iş görmüşəm. Ona görə kifayət qədər demirəm ki, Qarabağ hələ alınmayıb. Amma gücüm yetən qədər iş görmüşəm. İki il bundan qabaq Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə biz - 4 qadın millət vəkili 4 gün ərzində Türkiyədə çoxsaylı görüşlər keçirdik. Düzdür, bizdən xoşu gəlməyənlər də, incəyənlər də oldu, amma bu mənim üçün vacib deyildi. Mənim üçün vacib olan mənim millətimin düşməni üçün qapının açılmaması idi. Bundan əlavə, Avropanın ən böyük universitetlərində, məktəb müəllimi kimi, rəhmətlik ulu öndərimiz Heydər Əliyevin nümunəsindən çıxış edərək, onun yolunu gedərək - Heydər Əliyevin yolunu getmək şəxsən mənim üçün çox böyük şərəf işidir - xəritəni əlimizə alıb bir-bir tələbələrin, müəllimlərin qarşısında Qarabağla bağlı həqiqətləri anlatmağa çalışmışıq. Mən bu işləri özümə əziyyət deyil, şərəf işi bilmişəm. Bu dövlətə, dövlətçiliyə qulluq edən hər kəs bu işləri görməlidir və burada ən böyük örnək cənab prezidentin ailəsidir. Bu gün nəinki cənab prezident, hətta onun ailə üzvləri belə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə məşğuldurlarsa, biz də bir addım, bir saniyə geri çəkilməməliyik".

Millət vəkilliyini savab iş hesab etdiyini qeyd edən G. Əhmədova savab qazanmaq şansının da hər insanın qarşısına çıxmadığını vurğulayıb: "Bu gün cəmiyyətdə valideynsiz, xəstə uşaqlar var. Mən analar görmüşəm ki, evlərini sataraq uşaqlarını müalicə etdirmək istəyiblər. Evin pulu qurtarıb, amma uşağın müalicəsi başa çatmayıb. Əlbəttə, mən bu cür insanların yanında olanda, onlara hansısa formada köməklik göstərəndə özümü xoşbəxt sanıram. Elə valideynlər var ki, öz övladlarını satırlar. Xatırlayırsınızsa, əcnəbilər övladlığa götürmək adıyla, bizim uşaqlarımızı satmışdılar. O zaman da mən sonadək bu işin ardınca getdim. Və cənab prezidentə bir daha çox böyük təşəkkür etmək istəyirəm ki, mən nə vaxt hansı məsələni cənab prezidentin qarşısında qaldırmışamsa, hər zaman ondan dəstək görmüşəm. Həmin məsələ ilə də bağlı cənab prezident tapşırıq verdi və Respublika Prokurorluğu satılan uşaqlarla bağlı cinayət işi qaldırdı. Yenə cənab prezidentin qeydlərindən sonra biz övladlığa götürmə ilə bağlı beynəlxalq konvensiyanı parlamentdə qəbul etdik".

G. Əhmədova qeyd edib ki, onun qəlbində böyük bir Azərbaycan var: "Nə qədər ömrüm olsa, mən o böyük Azərbaycan sevgisi ilə yaşayacağam. Mən hər zaman ulu öndərimiz Heydər Əliyevdən sitat gətirmişəm. Mənim bu gün siyasi liderim İlham Əliyev cənablarıdır. Hər zaman ondan sitat gətirirəm və onun dediyi sözlər mənim üçün şüardır. Yadınızdadırsa, İlham Əliyev cənabları diasporumuzla bağlı keçirilən tədbirlərin birində çox gözəl bir söz dedi. Dedi ki, biz 9 milyon deyil, 50 milyonuq. Mən də 50 milyonluq azərbaycanlının hansının yanında olsam, özümü millət vəkili sayacağam. Bir daha cənab prezidentin dediyi sözləri şüar tutub, ondan sitat gətirmək istəyirəm. cənab İlham Əliyev "mən hər bir azərbaycanlının prezidenti olacağam" demişdi. Mənim siyasi liderimin sözü mənim üçün qanundur. Mən də hansı rayona, hansı kəndə, hansı şəhərə göndərilsəm, həmin rayonda hər kəsin vəkili olmağa çalışacağam. Təki Allah, bunu mənə qismət etsin". Millət vəkilinin çıxışı dəfələrlə sürəkli alqışlarla qarşılanıb.
Daha sonra çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" mətbuat yayımının rəisi, tanınmış jurnalist, 15 saylı Yasamal birinci seçki dairəsinin sakini Elxan Ağabəyli G. Əhmədovanın 2005-ci ildə Yasamal ərazisində apardığı uğurlu təbliğat-təşviqat kampaniyasından bəhs edib. O bildirib ki, hazırda sözügedən dairənin seçiciləri bir-birilərinə G. Əhmədovanın yenidən namizədliyini nə üçün bu dairədən irəli sürməməsinə dair suallar verirlər: "Allaha and olsun, dediklərimdə qətiyyən qeyri-səmimilik yoxdur. Gülər xanım təvazökarlıq edərək bəzi məsələlərə toxunmadı. Amma inanın ki, biz Gülər xanım kimi millət vəkili itirdiyimizə görə məyusuq. Biz sevincli günlərimizdə də, kədərli günlərimizdə də daim onu öz yanımızda görmüşük. Biz onu itirdik, siz tapdınız. Bu tapıntının qədrini bilin, onu qoruyun".

34 saylı Xətai ikinci seçki dairəsinin seçiciləri - Böyük Vətən müharibəsinin iştirakçısı, əməkdar müəllim İbrahim Mayılov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü, qurumun Xətai rayon şöbəsinin sədri Musa Həsənli, YAP Xətai rayon təşkilatının 7 saylı poliklinika ilk partiya təşkilatının sədri Səlim Səlimov G. Əhmədovanın ötən müddət ərzində parlamentdə və ictimai-siyasi həyatda fəaliyyətinin məhsuldar olduğunu bildiriblər. Bu namizədə səs verməklə 34 saylı dairənin parlamentdə ləyaqətlə təmsil ediləcəyinə əminliklərini ifadə edib və görüşdə iştirak edən bütün seçiciləri G. Əhmədovaya səs verməyə çağırıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR