ABŞ Dövlət Departamenti Qarabağda atəşkəsin əldə olunmasını alqışlayıb

ABŞ Dövlət Departamenti Qarabağda atəşkəsin əldə olunmasını alqışlayıb
# 11 noyabr 2020 02:14 (UTC +04:00)

ABŞ administrasiyası Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların sona çatdığını görməkdən məmnun olacaq, lakin Rusiyanın fəal diplomatik səyləri nəticəsində bu məqamda əldə olunan yeni razılaşmalara hələ münasibət bildirməyib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi öz açıqlamasında bildirib.

“Zorakılığın sona çatdığını görməkdən məmnun qalsaq da, hələ mövcud atəşkəsin və ya sonrakı addımların konkret təfərrüatları barədə açıqlama verə bilmərik. Tərəflərin yeni razılaşmaları necə qəbul etdikləri ilə bağlı hər hansı bir sual onların özlərinə verilməlidir”, - deyə ABŞ-ın xarici siyasət idarəsinin xanım rəsmisi qeyd edib.

“Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması barədə məlumatlıyıq və biz bu yeni müqavilənin yekun formanı özündə nə dərəcədə əks etdirməsi qədər onun həyata keçirilməsinin təfərrüatları və planları haqqında da daha çox məlumat əldə etməkdə maraqlıyıq”, - amerikalı diplomat belə deyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR