AŞPA Prezidenti Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə çağırıb

AŞPA Prezidenti Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə çağırıb
# 27 sentyabr 2020 14:59 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırıb.

APA-nın xəbərinə görə Rik Daems bu barədə "Twitter"də bildirib.

"Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla ətrafında baş verən hərbi eskalasiyadan və mülki itkilərdən çox narahatam. Vəziyyəti sabitləşdirmək və əhalinin təhlükəsizliyini təmin etmək üçün tərəfləri dərhal atəşkəsi bərpa etməyə və danışıqlara qayıtmağa çağırıram", - deyə Rik Daems qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR