Almaniya XİN başçısı Azərbaycan və Ermənistanı substansiv danışıqları bərpa etməyə çağırıb

Almaniya XİN başçısı Azərbaycan və Ermənistanı substansiv danışıqları bərpa etməyə çağırıb
# 27 sentyabr 2020 16:00 (UTC +04:00)

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində toqquşmaların yenilənməsi xəbəri məni narahat edir.

APA-nın xəbərinə görə, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

O, münaqişə tərəflərini substansiv danışıqları bərpa etməyə çağırıb.

“Artıq hər iki tərəfdən də mülki şəxslərin həlak olduğu bildirilir. Mən hər iki münaqişə tərəfini bütün döyüşləri və xüsusilə də şəhərləri, kəndləri top atəşinə tutmağı dərhal dayandırmağa çağırıram. Dağlıq Qarabağ münaqişəsi yalnız müzakirə yolu ilə həll edilə bilər. ATƏT-in Minsk Qrupu həmsədrləri bunun üçün hazırdırlar. Ermənistan və Azərbaycan dərhal zorakı fəaliyyətə son qoymalı və substansiv danışıqlara başlamalıdır”, - deyə Almaniya XİN başçısı qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR