Avropa Şurasının Baş katibi 10 noyabr anlaşmasını alqışladığını bəyan edib

Avropa Şurasının Baş katibi 10 noyabr anlaşmasını alqışladığını bəyan edib
# 20 aprel 2021 17:13 (UTC +04:00)

"Biz ölkələr haqqında yox, ölkələrlə danışmalıyıq. Bəzən bunun ikisini də etmək lazım olur. Ancaq bir ölkə ilə ən yaxşı əlaqə qurmaq dialoq vasitəsilə mümkündür. Bu bizim qurumun əsas iş prinsipidir və ən çətin zamanlarda bu yanaşmadan istifadə edilməlidir. Dağlıq Qarabağ məsələsində də Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətdə ən mühüm şey dialoqdur".

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yaz sessiyasının bu gün keçirilən iclasında deyib.

O, ötən ilin noyabrında imzalanmış atəşkəs anlaşmasını alqışladığını bildirib.

"Hazırda mühüm şeylərdən biri sazişdən sonra tərəflərin bir-birinə hörmət etməsi və bundan sonra uzunmüddətli sülhün əldə olunması üçün çalışılmasıdır. Bunda da inam ən əsas amillərdən biridir", - deyə Baş katib vurğulayıb.

Qeyd edək ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında atəşkəs anlaşması imzalanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR