Azərbaycan Prezidenti Cəbrayılda DSX-nin hərbi hissəsinin açılışını edib

Azərbaycan Prezidenti Cəbrayılda DSX-nin hərbi hissəsinin açılışını edib
# 27 aprel 2021 14:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına məlumat verilib ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var.

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb və çıxış edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR