Azərbaycan Prezidenti: “Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, bunu onların rəsmi şəxsləri deyirlər”

Azərbaycan Prezidenti: “Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, bunu onların rəsmi şəxsləri deyirlər”
# 20 noyabr 2020 12:21 (UTC +04:00)

“Bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR