Azərbaycan Prezidentinin köməkçisi: “Həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb”

Azərbaycan Prezidentinin köməkçisi: “Həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb”
# 11 oktyabr 2020 13:39 (UTC +04:00)

“Bütün həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb, onlara əlavə məlumatlar da təqdim edilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı əsasında Baş Prokuror və digər şəxslərlə birgə Gəncəyə səfər ediblər: “Gəncə şəhər Baş Prokurorluğunda da baş vermiş hadisələrlə əlaqədar əlavə mətbuat konfransı keçiriləcək. Bu baş verənləri bir daha genosid aktı kimi qiymətləndiririk”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.

Xilasetmə işləri davam edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR