Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb - YENİLƏNİB

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb - YENİLƏNİB
# 29 oktyabr 2020 11:34 (UTC +04:00)

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edir.

Diplomatlar Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atılan ərazilərə baş çəkəcəklər.

***

09:10

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Bərdə və Tərtərə gedir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb: “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpusumuza təşəkkür edirik!”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR