Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi: Həmsədrlərin himayəsi altında danışıqları bərpa etməklə bağlı çağırışlar üçtərəfli razılaşmaya əsaslanmalıdır

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi: Həmsədrlərin himayəsi altında danışıqları bərpa etməklə bağlı çağırışlar üçtərəfli razılaşmaya əsaslanmalıdır
# 19 noyabr 2020 17:57 (UTC +04:00)

Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirir.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT-in Minsk Qrupunun həmsədrləri, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bəyanatına cavabında əksini tapıb.

Deyilib ki, həmsədrlərin Daimi Şurada son çıxışından bəri Ermənistan-Azərbaycan münaqişəsində status-kvo dəyişib və silahlı münaqişənin dayandırılması istiqamətində Ermənistan, Azərbaycan və Rusiya arasında 9 noyabrda imzalanan üçtərəfli bəyanat imzalanılıb.

Bildirilib ki, Rusiya Prezidentinin şəxsi iştirakı və üçtərəfli razılaşma altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyini təmin edir: “Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, ATƏT-in Minsk Qrupunun münaqişə tərəfləri ilə birbaşa sərhədləri olan yeganə həmsədr ölkəsidir və bizimlə uzunmüddətli tarixi bağları var. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik, stabillik və sülhün gücləndirilməsində birbaşa maraqlı olmasını izah edir. Rusiya Prezidenti Vladimir Putin son müsahibəsində Rusiya dövlət başçısının vasitəçiliyinin 9 noyabr 2020-ci il tarixli razılığın əldə edilməsində oynadığı mühüm rol barədə kifayət qədər detallı bəhs edib. Rusiya Prezidentinin şəxsi iştirakı və üçtərəfli razılaşma altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyini təmin edir. Rusiya Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyətinin qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını hər zaman və tam şəkildə dəstəkləyib. Rusiya Prezidentinin beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ bölgəsi, həm də ona bitişik bütün rayonların Azərbaycan ərazisinin ayrılmaz hissəsi olması ilə bağlı sözləri xüsusilə vacibdir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir. Digər həmsədr ölkələr, xüsusilə də ABŞ və Fransa da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT prinsiplərinə və öhdəliklərinə əsaslanan belə prinsipial mövqe nümayiş etdirməlidirlər”.

Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətindəki gələcək fəaliyyəti yeni reallıqları və əldə edilən razılaşmanı əsas götürməlidir: “Bu gün münaqişənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında nizamlanması üçün əsaslı danışıqları bərpa etməyə dair çağırışları eşitdik. Bu yenilənmiş çağırışlar yeni reallıqları və Minsk prosesinin təxminən üç onilliyindən sonra Azərbaycan, Ermənistan və həmsədrlərdən biri olan Rusiya arasında əldə olunmuş razılığı əsas götürməlidir. 9 noyabr razılaşması beynəlxalq hüququn zəfərini simvolizə edir. Bu baxımdan biz Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın bu müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etməsinin böyük bir səhv və bu ölkə üçün “intihar”a bərabər olacağı ilə bağlı qiymətləndirməsini bölüşürük”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR