Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 385 nəfərə çatıb

#
# 11:48
23 sentyabr 2020

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 385 nəfərə çatıb.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 327 nəfər sağalıb, 56 nəfərin müalicəsi davam edir. 4 nəfərin vəziyyəti ağır, 8 nəfərin vəziyyəti isə orta ağırdır. 95 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR