BMT-nin ali komissarı Ermənistan və Azərbaycanı döyüşləri dərhal dayandırmağa çağırıb

#
# 15:58
29 sentyabr 2020

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib.

APA-nın xəbərinə görə, M. Baçele döyüşləri dərhal dayandırmağa çağırıb. 

“Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm. Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə və vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”, - deyə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR