BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə qayıtmasını istəyirik”

BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə qayıtmasını istəyirik”
# 28 fevral 2020 12:12 (UTC +04:00)

“Biz azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə, yuvalarına qayıtmasını istəyirik”.

APA-nın məlumatına görə, bunu bu gün BMT-nin Bakıdakı nümayəndəliyinin ADA Universiteti ilə birlikdə BMT-75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Q. İshaqzai deyib ki, özü də münaqişəli ölkədə böyüyüb, qaçqın, köçkün olub: “BMT-nin mavi bayrağı bu gün də ümid ifadə edir. BMT münaqişədən əziyyət çəkən insanların qida və digər problemlərini həll etməyə çalışır. İstəyirik ki, ölkələr birləşərək problemlərini həll etsin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR