BMTM sədri: “Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”

BMTM sədri: “Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”
# 11 dekabr 2019 12:56 (UTC +04:00)

“Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”.

APA-nın xəbərinə görə, bunu təşkil etdiyi mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Ermənistan tərəfi jurnalistlərin səfəri ətrafında şou təşkil edib.

“Düşünürəm ki, rəsmi kanallar çərçivəsində irəliləyiş olmasa, "xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsiri olmayacaq”, - deyə o, vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR